"Onlarla türk PUA-sı Suriya bazasını, tankları vurdu"
2-03-2020, 20:42
Türkiyə ordusunun istifadə etdiyi pilotsuz uçuş aparatlarının Əsəd rejiminin qüvvələrini məhv etməsi dünya gündəmindən düşmür.
Axar.az xəbər verir ki, dünya mediasında yayılan məlumata əsasən, ilk dəfə bir ölkənin PUA-sı başqa bir ölkənin hava məkanını idarə edir.
ABŞ-ın "Blumberq" portalı "Ankara texnoloji gücünü göstərdi" başlığında xəbərlər nəşr edib. Xəbərdə bu günə qədər görünməmiş sayda təyyarənin koordinasiyalı şəkildə hərəkət etdiyi diqqətə çatdırılıb:
"Uzaqdan idarə olunan onlarla PUA Suriya bazasını, kimyəvi döyüş tanklarını və iki Su-24 qırıcı təyyarəsini vurdu".