Obama Güləni Ərdoğana təhvil verəcək – “Forbes”
22-12-2015, 13:56
Amerikanın məhşur “Forbes”jurnalında Fətullah Gülənlə bağlı məqalə dərc edilib.
Moderator.az bildirir ki, Kenneth Rapoza imzası ilə yazılan məqalədə hakimiyyətə gəldiyi dövrdə baş nazir Rəcəb Tayyib Ərdoğanın Gülənə güvəndiyi, ancaq Gülənin yalnız öz maraqlarına xidmət etdiyi göstərilir.
Gülənin Türkiyədəki siyasi hakimiyyəti devirməkdən yana planlar qurduğu və Türkiyə hökumətinin bunun hesabını hüquqi yollarla dayandırmaq üçün hərəkətə keçdiyi qeyd edilən məqalədə, "Ərdoğan Güləni Türkiyəni dünyaya tanıdan bir adam kimi görürdü, ancaq Gülən özünə məxsus media ilə öz qrupunun maraqlarını genişləndirirdi" ifadələri yer alır.
ABŞ məhkəmə qeydlərinə görə, Gülənin dünyada 50 milyard dollar məbləğinə gücə sahib olduğu və ABŞ-da təxminən 120 "müqaviləli məktəbi" (charter məktəbləri) idarə etdiyi vurğulanır.
Gülən təşkilatının siyasi arenada ciddi səviyyələrdə ianələr etdiyi və bəzi senatorları Türkiyəyə səyahətə apardığı xatırladılan məqalədə, Gülənin ABŞ-da prezidentlik yarışında iştirak edən namizədlərə dəstək verdiyi də qeyd olunur.
Məqaləsində "Gülənə ABŞ havadarlıq edir" ifadələrini işlədən Rapoza, Gülən camaatının özlərinə "Camaat, İslam ilə Scientology təriqəti arasında bir yerdədir" – dediklərini bildirir.
Gülənin ABŞ-dan ekstradisiyasının tələb olunacağı prosesinin gündəmə gəldiyinə işarə edilən məqalədə, "Ərdoğan Türkiyədə hökuməti devirmək üçün təqsirləndirilən Güləni ABŞ-da rahat buraxmayacaq" deyə, bildirilir.
Bu məsələnin Ərdoğan tərəfindən Obamaya deyildiyi və Obamanın buna müsbət yanaşdığı da bildirilir.