Türkiyənin Daxili işlər naziri Süleyman Soylu koronavirusa görə karantinə alınan insanların sayını açıqlayıb. "Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, nazir hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.
Soylu bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.