Koronavirusdan ölənlərin sayı artdı - Nazirdən AÇIQLAMA
20-03-2020, 11:58
Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib. O, qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.
Beləliklə Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.