Türkiyənin uçuşları dayandırdığı ölkələrin sayı 68-ə çatdı

21-03-2020, 20:18           
Türkiyənin uçuşları dayandırdığı ölkələrin sayı 68-ə çatdı
Türkiyə daha 46 ölkə ilə hava yolu əlaqələrini kəsib. “Report” “Sözcü”yə istinadən xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlayıb.

Beləliklə, uçuşların dayandırıldığı ölkələrin sayı 68-ə çatıb.

68 ölkə arasında Çin, Cənubi Koreya, İran, Kanada, İngiltərə, Almaniya, Niderland, Ukrayna, Qazaxıstan, Özbəkistan və s. dövlətlər var.

Məlumata görə, Türkiyənin uçuşları qadağan etdiyi ölkələr Türkiyəyə boş təyyarə yollayır. Təyyarələr oradan sərnişin götürüb geri dönürlər.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 186 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 286 383-ə çatıb. Bunların 93 584 nəfəri sağalıb,11 884 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru