Enerji xəritəsi dəyişir: “Qanlı boru xətti” Türkiyə və Azərbaycanı...

23-12-2015, 13:01           
Enerji xəritəsi dəyişir: “Qanlı boru xətti” Türkiyə və Azərbaycanı...
Dünyanın böyük enerji nəhəngləri Mərkəzi Asiyadakı zəngin neft və təbii qaz ehtiyatlarını Suriyanın şimalından Aralıq dənizinə çatdıracaq boru xətti layihəsi üzərində çalışırlar.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, keçdiyi ölkələri parçalayacaq “qanlı boru xətti”nin Suriya hissəsini Rusiya inşa etmək istəyir.

Təhlükəsizlik Kəşfiyyat Dairəsinin keçmiş başçısı, türkiyəli analitik Bülent Orakoğlunun sözlərinə görə, bölgədəki bütün vətəndaş müharibəsi və terror hadisələrinin məqsədi bu boru xəttinə yol açmaqdır. Orakoğlu layihənin məqsədlərindən birinin də Türkiyəni enerji xətlərindən kənarda saxlamaq olduğunu deyib.

Beynəlxalq əlaqələr üzrə mütəxəssis Beril Dedeoğlu da sözügedən iddiaları təsdiqləyib. Onun sözlərinə görə, Mərkəzi Asiyadakı zəngin neft və təbii qaz ehtiyatlarını İraq, İran və Suriyanın şimalından Aralıq dənizinə çatdırmaq istəyən dünya güclərinin enerji körpüsü olmaq iddiasını irəli sürən Türkiyəyə hücumları da təsadüfi deyil.

Qeyd edək ki, Türkiyənin məqsədi Mərkəzi Asiyanın enerji ehtiyatlarını Xəzər dənizinin altı ilə Azərbaycan və Gürcüstan vasitəsilə dünya bazarına çıxarmaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.