Türk ordusu Suriyaya girdi - Putin isə onları hədələmişdi

25-12-2015, 11:58           
Türk ordusu Suriyaya girdi - Putin isə onları hədələmişdi
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-şərqində kürdlərin yaşadığı Rojava bölgəsinin paytaxtı hesab olunan Qamışlı şəhərinə girib.

Axar.az xəbər verir ki, bu barədə “Rudav” agentliyinə Suriya Kürd Milli Şurasının Qamışlı şəhəri üzrə nümayəndəsi Şəmdin Nəbi deyib.

O, hərbçilərin ağır texnika ilə şəhərin şimal-şərqindəki Latifiyə kəndində 3 bölgəyə yerləşdiyini bildirib.

Qeyd edək ki, türk ordusu bundan öncə dekabrın 22-də Rojavanın Til Əfrit yüksəkliyində mövqe tutub. Bu addımın Suriya-Türkiyə sərhədində təhlükəsizlik məqsədi ilə atıldığı açıqlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.