İNANILMAZ: Moskva Ərdoğanın istefasını tələb etdi

25-12-2015, 13:53           
İNANILMAZ: Moskva Ərdoğanın istefasını tələb etdi
Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın istefasını tələb edib.
Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Rusiya XİN-nin sözçüsü Türkiyənin İŞİD-lə ticarət əməkdaşlığı apardığını və prezident Rəcəb Tayyib Ərdoğanın da bunun sübut edildiyi təqdirdə istefa verəcəyi barədə açıqlamasını xatırladıb.
Mariya Zaxarova deyib ki, Rusiya Türkiyənin İŞİD-lə əməkdaşlığını sübut edib və Ərdoğan sözünü tutub istefa verməlidir: “Ərdoğan demişdi ki, əgər Rusiya İŞİD-lə Türkiyənin ticarət əməkdaşlığını sübut edərsə, mən istefa verəcəm. Biz onsuz da bunu sübut etmişik. Hətta Danimarkanın “Rystad Energy” şirkəti də Türkiyənin neft qaçaqmalçılığı ilə məşğul və İŞİD-lə əlaqələrinin olduğunu sübut edən sənəd yayımlayıb. İndi növbə Ərdoğanındır. Onun yerinə kim olsaydı, sözünü tutub istefa verərdi. İndi Ərdoğanın kreslosunda vəziyyət necədir, onu öyrənmək istərdik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru