“Ruslara hardan zərbə vuracağımızı yaxşı bilirik” - Krım tatarlarından HƏDƏ
26-12-2015, 14:35
Krımı örən aydan blokadaya alan hərəkatın əsas liderlərindən Lenur İslyamov Türkiyənin onlara etdiyi yardımdan danışıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, İslyamov Türkiyənin hərbi dəstəyi ilə Ukraynada Krım tatarlarından təşkil olunacaq Noman Çələbixan adına batalyon yaratdıqlarını deyib.
“Türkiyə bizi çox dəstəkləyir. Baxın, cümə günü ordan yeni hərbi formalarımız gələcək. Ukrayna Müdafiə Nazirliyi tərəddüd etdiyi vaxt, türkiyəli həmkarları bizə operativ yardım edir. Türkiyədən 250 komplekt forma və çəkmə gəlməlidir”.
Lenur İslyamov Noman Çələbixan batalyonunda 560 döyüşçünün olacağını deyib. Və onların əsas məqsədinin Krımı geri qaytarmaq olduğunu vurğulayıb.
“Əsas hədəflərimiz Baş Qərargahın qoyacağı tapşırıqlardan asılıdır. Əsas məqsədimiz isə Krımın sərhədlərini qorumaqdan ibarətdir. Əlimizdən gələni edəcəyik ki, Krım azad olunsun. Batalyon gözlənilməyən yerlərdən düşmənə (ruslara) zərbə vuracaq. Krımda bütün cığırları və yollatı yaxşı tanıyırıq”.
İslyamçov onu da deyib ki, ticarət, elekrik enerjisi və dəniz blokadasından sonra 4-cü mərhələdə Krımın informativ blokadasını təşkil etməyə hazırlaşırlar.
2015-ci ilin senybarından etibarən Krım tatarları Ukraynanın Krımla sərhəd bölgələrində bütün yolları bağlayıblar. Onlar həmçinin noybarın 22-də Xersondan Krıma elektrik enerjisi ötürən yüksək gərginlikli elektrik xəttini də partlatmışdılar.