Naxçıvan sərhədində fövqəladə vəziyyət elan edildi
27-12-2015, 11:11
Türkiyənin Qars şəhərində gələn ilin mart ayının 1-nə qədər bəzi məntəqələr hərbi təhlükəsizlik zonası elan edilib.
Axar.az xəbər verir ki, Qars valiliyindən verilən açıqlamada hərbi əməliyyatlar zamanı mülki vətəndaşların zərər görməməsi üçün Kağızman və Sarıqamış rayonları arasında yerləşən məntəqələrin təhlükəsizlik zonası edildiyi bildirilib.
Sözügedən bölgədə yerləşən Qaranlıq və Kəklik dərəsi ərazisində davam edən fövqəladə vəziyyətin daha 15 gün uzadıldığı qeyd olunub.