ABŞ-dan Türkiyə açıqlaması: Mövqeyimizə ziddir!

29-05-2020, 04:09           
ABŞ-dan Türkiyə açıqlaması: Mövqeyimizə ziddir!
Dəniz sərhədlərinin müəyyələşməsi Türkiyənin etdiyi kimi birtərəfli ola bilməz. Bu, ABŞ-ın mövqeyi ilə tamamilə ziddiyyət təşkil edir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Yunanıstandakı səfiri Qofri Pyat deyib.

“Həm ABŞ-ın, həm də şəxsi mövqeyimdir. Türkiyənin Liviya ilə anlaşması və bu sazişdən çıxış edərək beynəlxalq dəniz hüququ məsələsini şərh etməsi bizim mövqeyimizə tam ziddir. ABŞ adaların da qitələrlə eyni dərəcədə sahil fəaliyyəti hüququna sahib olduğuna inanır. Bu səbəbdən ABŞ dəniz sərhədlərinin Türkiyənin ötən il etdiyi kimi deyil, dialoq yolu ilə müəyyən edilməsinin tərəfdarıdır”, - deyə səfir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru