Ərdoğanın bu sözləri Afinanı silkələdi

29-05-2020, 10:50           
Ərdoğanın bu sözləri Afinanı silkələdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun fəthinin ildönümündə Aya Sofyada Fəth surəsinin oxunacağını deməsi Yunanıstanda böyük rezonans doğurub.

RealMedia.az xəbər verir ki, yunan mediası Ərdoğanın bu çıxışını “Türklərdən misli görünməmiş meydan oxuma” sərlövhəsi ilə təqdim edib.

“Olimpiya” qəzeti Türkiyə liderinin çıxışını belə işıqlandırıb:

“Türkiyə Prezidenti Ərdoğan yeni bir meydan oxumaya imza atdı. O, İstanbulun türklər tərəfindən fəth edilməsinin ildönümündə Aya Sofyada Fərh surəsinin oxunacağını açıqladı”.

Yunanıstanın digər media orqanları da sözügedən xəbəri bənzər başlıqlarla yayımlayıb.

Qeyd edək ki, bu gün İstanbulun fəthinin (1453) ildönümü münasibətilə Aya Sofyada Fəth surəsi oxunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru