Ərdoğandan Haftara mesaj: Onların insafına buraxmarıq!

4-06-2020, 22:33           
Ərdoğandan Haftara mesaj: Onların insafına buraxmarıq!
Liviyadakı qardaşlarımızı əsla qiyamçı və legionerlərin insafına buraxmayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Razılıq Hökumətinin baş naziri Fayez Sərrac ilə görüşündən sonra mediaya açıqlamasında deyib.

“Liviyalı qardaşlarımıza dəstəyimizi koronavirus dönəmində də davam etdirdik. Qiyamçı Haftarın dinc sakinləri, xəstəxanaları, səhiyyə strukturlarını hədəf almasına baxmayaraq Milli Razılıq Hökuməti lazımi tədbirləri gördü. Aprel ayında göndərdiyimiz tibbi vasitələrlə Liviyanı tək qoymadıq. Bundan sonra lazımi yardımları göstərəcəyik”, - deyə Əroğan bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru