Yunanıstandan Türkiyəyə cavab: "Qorxmuruq, hər şeyə hazırıq"

8-06-2020, 17:17           
Yunanıstandan Türkiyəyə cavab: "Qorxmuruq, hər şeyə hazırıq"
"Türkiyədən qorxmuruq, hər şeyə hazırıq".

Qaynarinfo xəbər verir ki, bunu Yunanıstan baş nazirinin müavini və hökumət sözçüsü Stelios Petsas Skai kanalına açıqlamasında deyib. O, Türkiyə ilə Yunanıstan arasındakı gərginlikdə beynəlxalq ictimaiyyətin Afinanın yanında olduğunu bildirib və ötən günlərdə ABŞ Dövlət Departamenti sözçüsünün açıqlamalarını müsbət qiymətləndirib:

"ABŞ-ın açıqlamaları Türkiyəni qınayaraq Yunanıstanı mövqeyini tanıyır və təsdiqləyir. Əvvəlcə onu qeyd etməliyəm ki, qanunsuz fəaliyyətlər qanuni nəticələr doğurmaz. İkincisi Yunanıstan adalarının qitə şelfliyi var ki, bu da böyük üstünlükdür. Hazırlıqlarımız və göndərdiyimiz mesajlar daha çox problemin yaranmaması istiqamətindədir. Biz Türkiyə ilə qonşuluq münasibətlərinə sahibik. Bu qarşılıqlı inkişafın nəticəsidir, təktərəfli deyil".

Qeyd edək ki, ötən həftə Türkiyə Petrolları Anonim Əməkdaşlığı şirkəti Aralıq dənizində yeni araşdırma fəaliyyətləri üçün 7 əlavə neft sahəsi üçün müraciət etmiş və Enerji və Təbiii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri İdarəsi bununla bağlı rəsmi qərar çıxartmışdı. Yunanıstanın xarci işlər naziri Nikos Dendias isə Türkiyənin bu addımının Yunanıstanın suverenlik hüquqlarını pozmaq olduğunu iddia etmişdi. Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy isə bunu beynəlxalq hüquq normaları çərçivəsində olduğunu və Türkiyənin öz suveren hüquqlarından istifadə edəcəyini bildirmişdi.

ABŞ Dövlət Departamenti isə Türkiyənin Aralıq dənizindəki neft axtarış fəaliyyətlərini qızışdırıcı hərəkət adlandırmış və bunun problemlərin həllinə kömək etmədiyini bildirmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.