Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub

9-06-2020, 00:59           
Türkiyə və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı keçirib.

Trend-in məlumatına görə, nazirlər dünyada koronavirus xəstəliyinin tədricən azalması fonunda iki ölkənin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.

İki ölkənin xarici işlər nazirləri Yaxın Şərqdəki cari hadisələr barədə fikir mübadiləsi aparıblar, Liviya məsələsinin tənzimlənməsini müzakirə ediblər və beynəlxalq vasitəçilərin iştirakı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə tərəflər arasında birbaşa danışıqlar yolunan ən qısa müddətdə Fələstin-İsrail problemlərinin aradan qaldırılmasından danışıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.