Sosial ev almaq üçün 2 gün bankın qabağında yatıblar - TÜRKİYƏDƏ

9-06-2020, 00:05           
Sosial ev almaq üçün 2 gün bankın qabağında yatıblar -
Türkiyədə Manisada ev sahibi olmaq istəyən vətəndaşlar, 8 iyun bazar ertəsi günü açılacaq banka müraciət haqqını ödəmək üçün iki gün əvvəldən növbəyə dayanıblar.

FED.az xəbər verir ki, özləri ilə yemək və içki gətirən vətəndaşlar 2 gecəni bankın qarşısında keçirəcəklər.

8 iyun - 30 sentyabr tarixlərində Manisada Mülk İnkişaf İdarəsi (TOKİ) və Yunusemre Bələdiyyəsinin ortaqlığı ilə inşa edilən 5500 evin 500 evlik hissəsi satışa çıxarılacaq. Yerli sakinlər də məhz bunun üçün əvvəlcədən növbəyə dayanmağa qərar veriblər.

Qohumlarıyla birlikdə gözləyən vətəndaşlar, gecələmək üçün özləri ilə yemək və içki də gətiriblər. Mənzil almaq üçün bankın qarşısında gözləyən vətəndaşlar növbəni özləri yazır və yarım saatdan bir yoxlayırlar ki, kənar şəxslər növbəsiz keçməsin.

Növbə satışa hələ 40 saatdan artıq qalmış başlayıb və təqribən 30 nəfər bankın qarşısında özünə yer tutub.

Ev almaq məqsədilə növbədə gözləynə Rıdvan Onbaşıoğlu adlı sakin bildirib ki, bazar ertəsi saat 9-a qədər burada gözləmək niyyətindədirlər: «Sırada 10-cuyam, hamının adını yazmışıq, özümlə yastıq, yorğan, su və qəhvə gətirmişəm».












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.