Metyu Brayza: “Türkiyə artıq Liviyada söz sahibidir”

9-06-2020, 14:42           
Metyu Brayza: “Türkiyə artıq Liviyada söz sahibidir”
“Türkiyə artıq Liviyada söz sahibidir. Hakim güc Türkiyədə, onun gördüyü işlərlə öyünməyə dəyər”.

Cebhe.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, türkiyənin Liviyadakı rolundan bəhs edərkən deyib.

Metyu Brayza ABŞ-da son günlərdə Corc Floydun ölümü ilə bağlı baş verən etirazlara, koronavirusun Amerikaya vurduğu zərərdən də danışıb.

O, baş verən aksiyalarla bağlı “Etirazlar Trampa ciddi bir xəbərdarlıqdır. Floydun öldürülməsindən sonra ortaya çıxan bu dərin duyğular afroamerikalılar üçün bir ədalətsizlik hissini ifadə edir. Pandora qutusu açıldı.

Etirazların koronavirusa baxmayaraq davam etməsi, insanların bu hadisə qarşısındakı hislərinin nə qədər güclü olduğunu göstərir”, -deyib.

Bundan əlavə koronaviruslar əlaqədar ABŞ-ın ən çox zərər çəkməsinə də münasibət bildirən keçmiş səfir, "ABŞ Prezidenti Tramp epidemiyanı səhv qiymətləndirdi. ABŞ-da baş vermiş bu hadisəni idarə etmək üçün liderlik ruhu yoxdur”, - deyə əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru