Əminə Cabbarova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edildi - FOTO

10-06-2020, 15:47           
Əminə Cabbarova Ukrayna Xarici İşlər nazirinin birinci müavini təyin edildi - FOTO
Əminə Cabbarova Ukraynanın Xarici İşlər nazirinin birinci müavini təyin edilib. O, bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.

“Report” xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Dmitri Kuleba öz “Facebook” səhifəsində bildirib.

“Komandamıza güclü oyunçu qoşulub. Əminə bu istiqamətlər üzrə cavabdeh olacaq: ictimai diplomatiya, beynəlxalq təşkilatlar, dövlət protokolu, Krım. Bununla belə, birinci müavin olmaq, sözsüz, daha böyük şeydir və diplomatik həyatın özü əlavə məsələləri qarşıya çıxardır”, - o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru