Türkiyənin Səhiyyə naziri: Sosial məsafə, təmizlik və qoruyucu maskadan istifadə mühüm tələbdir

11-06-2020, 00:05           
Türkiyənin Səhiyyə naziri:
Yeni növ koronavirus (COVID-19) pandemiyası riski tam şəkildə aradan qaldırılana qədər sosial məsafə saxlamaq, təmizlik qaydalarına əməl etmək və qoruyucu maska taxmaq ciddi tələblər sırasında öndədir.

AZƏRTAC xəbər verir ki, bu barədə son vəziyyəti nazir Fahrettin Koca Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin iyunun 10-da keçirilən iclasından sonra keçirdiyi mətbuat konfransında deyib. Pandemiya ilə bağlı Türkiyədə həyata keçirilən məhdudiyyətlərin virusla mübarizədə böyük nəticələr verdiyini faktlar əsasında ifadə edən nazir, təəssüflə vurğulayıb ki, hələlik virusa qarşı, nə dərman, nə də peyvənd tapılmayıb. 65 yaşdan yuxarı hədlər üçün tətbiq olunmuş məhdudiyyətlər virusun yayılmasını yarıbayarı azaldıb. Məlum normallaşma prosesində qaydalara əməl edilməsi riskli günlərin təkrarlanmaması deməkdir.

Qeyd edək ki, Türkiyə hökumətinin qərarı ilə 65 yaş və ondan yuxarı həddə olan vətəndaşlar bundan sonra saat 10:00-dan 20:00-dək evdən çıxa bilərlər. On səkkiz yaşdan aşağı həddə olanlar üçün məhdudiyyətlər tamamilə aradan qaldırılıb. İyulun 1-dən etibarən, toy mərasimi salonları, 15 gün sonra isə nikah yerləri fəaliyyətə başlaya biləcək. Kafe və restoranlar saat 00:00-dək çalışacaq. Kino zalları və teatrlar iyulun 1-dən tamaşaçıları qəbul edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.