Türkiyədə daha bir ölümcül xəstəlik yayıldı

12-06-2020, 00:04           
Türkiyədə daha bir ölümcül xəstəlik yayıldı
Türkiyədə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, gənələr vasitəsilə insanların yoluxduğu xəstəlik artıq ölkənin Tunceli, Gümüşhane, Bayburt, Giresun, Bingöl, Sivas, Ərzincan və Tokat şəhərlərində müşahidə olunur.

Türkiyə ərazisində iyunun 10-na kimi bu xəstəliyə yoluxanların sayı 480-ə çatıb. Onlardan 15-i dünyasını dəyişib. Xüsusilə, yay və payız aylarında görülən bu xəstəlik gənə dişləməsindən və ya gənə ilə təmasdan yaranır. Xəstəlik, virusu daşıyan heyvanların və xəstə insanların qan və orqanizmindən ifraz olunan hər hansı maye vasitəsilə insanlara keçə bilir. Xəstəliyə yoluxanlarda yüksək temperatur, baş ağrısı, orqanizmdə ağrılar və halsızlıq halları müşahidə olunur.

Qeyd edək ki, mütəxəssislər xəstəliyin baş qaldırmasını COVID-19-la əlaqədar olaraq kənd təsərrüfatı və heyvandarlıqda dərmanlama işlərinin daha az aparılması və bunun nəticəsi olaraq həşəratların xəstəliyi yayması ilə izah edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru