Türk Hava Yolları ilk uçuşuna başladı

11-06-2020, 22:36           
Türk Hava Yolları ilk uçuşuna başladı
Koronavirus pandemiyasından sonra dünyadakı bütün hava yolları şirkətləri uçuşları dayandırmışdı. Ancaq əksər hava yolları iyun ayından fəaliyyətə başlayacaqlarını elan etmişdilər.

Dominant.az xəbər verir ki, qonşu Türkiyə Cümhuriyyətinin əsas hava yolları şirkəti olan Türk Hava Yolları, bu gün Almaniyanın paytaxtı Berlin, həmçinin ölkənin digər şəhərləri Düsseldorf, Münhen və Frankfurt şəhərlərinə, İngiltərənin paytaxtı London və Niderlandın paytaxtı Amsterdam şəhərlərinə planlı uçuşlara başladığını elan edib.

İstanbul Hava Limanından ilk uçuş Türkiyə vaxtı ilə saat 08.20-də Almaniyanın Düsseldorf şəhərinə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru