Türkiyəli professor sürünənlərdən TURŞU HAZIRLADI — FOTOLAR
1-07-2020, 19:57
Türkiyəli professor Kurtuluş Olqun tələf olmuş sürünənlərdən turşu hazırlayır.
''Ölkə.Az'' xəbər verir ki, Aydın Adnan Menderes universitetinin professoru Türkiyədə mövcud olan 174 növ ilanın 150-dən turşu hazırlayıb. İlanların zərərli canlılar olmadığını, təbiətin balansını qoruduğunu deyən Olqun sürünənlərin insanlara düşmən yox, dost olduğunu deyib. O Aydın Adnan Menderes universitetində elmi araşdırmalar aparmaq məqsədi ilə sürünənlərə məxsus muzey yaradıb. O zəhərli ilanla zəhərsiz ilanın fərqini də izah edib. ''Zəhərli ilanlarda gövdədən sonra qısa quyruq olur. Zəhərli ilanların başı üçbucaq, zəhərsizlərin isə oval formalı olur'' -deyə o qeyd edib.