Yola dağılan pullar nəqliyyatın hərəkətini iflic etdi – VİDEO Dünən, 11:44 ABŞ-nin Texas ştatında təzə kəsilmiş sikkələri daşıyan yük maşını aşıb.TEREF "fox4news.com"a istinadən xəbər verir ki, hadisə nəticəsində yola 800 min ABŞ dolları səpələnib.Yolun sikkələrdən təmizlənməsi təxminən 14 saat çəkib. Pulları toplamaq üçün işçilər tozsoranlardan istifadə ediblər.Yük maşınının sürücüsü və yanında olan sərnişin qəzada xəsarət alıblar./teleqraf Facebook-da paylaş