Türkiyədə sorğu: AKP yenə liderdir… 2-07-2020, 09:44 Türkiyədə keçirilən son sorğuda AKP 36 faiz səslə liderliyini qoruyub.Axar.az xəbər verir ki, bu barədə İstanbul İqtisadi Araşdırmalar rəhbəri Can Səlcuqi deyib.29-30 iyunda 1514 nəfər arasında keçirilən sorğunun nəticəsinə görə, AKP 36,27, CHP 18,63, HDP 10,43, MHP 9,5, İYİ Partiyası 9,2 faiz səs toplayıb.AKP-dən ayrılan Əli Babacanın qurduğu DEVA Partiyası isə 2,4 faizlə kifayətlənməli olub.Respondentlərin 10,7 faizi seçimdə çətinlik çəkib. Facebook-da paylaş