Misir Türkiyəyə "gözdağı" verəcəkdi, amma biabır oldu - FOTO

27-07-2020, 09:13           
Misir Türkiyəyə "gözdağı" verəcəkdi, amma biabır oldu - FOTO
Misir və Fransa Hərbi Dəniz Qüvvələrinin Aralıq dənizində hərbi təlimlər keçirməsi ilə bağlı paylaşılan fotonun saxta olduğu ortaya çıxıb.

Axar.az xəbər verir ki, Misir ordusunun sözçüsü Tamir Rifai sosial şəbəkə səhifəsində montaj olunmuş foto paylaşıb.

Rifainin bildirdiyinə görə, guya sözügedən ölkələrə məxsus iki freqat Aralıqda təlimlərdə iştirak edib. Lakin sonradan bəlli olub ki, fotodakı freqatdakı Misir bayrağı fotomontaj yolu ilə oraya əlavə olunub.

Paylaşılan fotonun əslinin ABŞ Hərbi Donanmasının rəsmi saytında yer aldığı və 2013-cü ilin 19 sentyabrına aid olduğu müəyyən edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru