Çavuşoğludan ispan həmkarına Ayasofiya dərsi : "Biz yunanları dənizə tökdükdən sonra belə..."

28-07-2020, 09:15           
Çavuşoğludan ispan həmkarına Ayasofiya dərsi :
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı Arancha Qonzalez Laya ilə Ankarada birgə mətbuat konfransı keçirib.

Avropa.info xəbər verır ki, mətbuat konfransında maraqlı anlar yaşanıb.

Layanın Ayasofiya məscidi ilə bağlı dediyi "ortaq ev qalmasını istərdik" sözlərinindən sonra, Çavuşoğlu üzünü İspaniya Xarici İşlər nazirinə çevirərək,"Ziyarət etmək anlamında söylənirsə, qatılıram. Amma muzey qalmasından bəhs edirsinizsə, Ayasofiya zatən 1453-cü ildən bəri məsciddir" deyib.

Yunanıstanda Türkiyə bayrağının yandırılmasına münasibət bildirən Çavuşoğlu bunları deyib:

"Onlar özlərinə yaraşanı edir. Müdafiə Nazirliyimiz lazım olan açıqlamanı verib. Bayraq yandırmaq onlara yaraşır. Biz yunanları dənizə düşdükdən sonra belə bayraqlarına qarşı sayğılı olduq."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru