Rusiya Türkiyəyə satdığı S-400-lərin rəsmi məbləğini açıqladı

28-07-2020, 17:20           
Rusiya Türkiyəyə satdığı S-400-lərin rəsmi məbləğini açıqladı
Rusiya Türkiyəyə 2,5 milyard dollar dəyərində S-400 “Triumf” HHM sistemi tədarük edib.

Avropa.info xəbər verir ki, bu sözləri “Rostex” dövlət korporasiyasının başçısı Sergey Çemezov deyib.

“Bu bir NATO ölkəsi ilə bu miqyasda ilk müqavilədir. İndi biz tədarükün ikinci hissəsini müzakirə edirik” – o, deyib.

Çemezov müqavilənin bir hissəsinin kredit formasında verildiyini deyib. Türkiyənin S-400-lərin pulunu hansı valyutada verdiyi açıqlanmayıb.

Qeyd edək ki, Türkiyə Rusiyadan dörd S-400 divizionu alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru