Türkiyə PUA-ları Ermənistana aviazərbə endirib?

28-07-2020, 17:59           
Türkiyə PUA-ları Ermənistana aviazərbə endirib?
“Avia pro veb” saytı Türkiyənin “Bayraktar TB2” uçan pilotsuz təyyarələrinin Ermənistana zərbə endirdiyinə dair məqalə dərc edib.

Cebhe.info-nun məlumatına görə, Ermənistan Müdafiə Nazirlyi bu məlumatı təsdiq etməsə də təkzib də verməyib.

“Rusiya mənbələrinə görə, türk PUA-larının zərbələrindən sonra Ermənistanın hərbi rəhbərliyi, xüsusən də Türkiyənin Ermənistan ərazisini işğal etmək təhlükəsi fonunda bu məsələyə çox diqqət yetirib”-xəbərdə qeyd edilir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan isə jurnalistlərə açılqmasında bildirib ki, bu barədə konkret bir şey söyləmək hələ tezdir. Bu, yalnız aparılan araşdırmaların nəticələrini aldıqdan sonra bəlli olacaq.

Bununla bağlı Müdafiə Nazirliyində xüsusi iclasın keçirildiyi və hətta müvafiq fotoşəkilin yayılması ilə bağlı iddialara gəlincə, mətbuat katibi Ermənistanla Rusiyanın birgə məsləhətləşmələr apardığını qeyd edib. Görüş zamanı vahid Ermənistan-Rusiya hava hücumundan müdafiə sisteminin planlaşdırılan təlimləri müzakirə edilib. Məqsəd kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodlarını öyrənmək olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru