Türkiyənin 2 şəhərində güclü zəlzələ 18-09-2020, 09:32 Türkiyənin Muş şəhərinin Qorqud rayonunda 4,2 bal gücündə zəlzələ olub.Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.Məlumata görə, zəlzələ yerin 13 kilometr dərinliyində meydana gəlib.Eyni zamanda, Malatya şəhərinin Həkimxan rayonunda da 4,1 bal gücündə yerlatı təkanlar olub. Zəlzələ yerin 15 kilometr dərinliyində yaranıb.Qeyd edək ki, hər iki şəhərdə baş verən zəlzələdə tələfat və dağıntı qeydə alınmayıb. Facebook-da paylaş