Türkiyəli nazir jurnalistin sözünü yarımçıq kəsdi: “Can Azərbaycan heç bir zaman yalnız deyil!”

18-10-2020, 02:17           
Türkiyəli nazir jurnalistin sözünü yarımçıq kəsdi:
Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana dəstəyini ifadə edib.

Türkiyəli nazir sosial şəbəkə hesabında mətbuat konfransı zamanı çəkilmiş videosunu “Can Azərbaycan yalnız deyildir!” başlığı ilə paylaşıb.

Videoda jurnalistlərdən biri türkiyəli nazirə müraciət edərək Azərbaycanın növbəti dəfə raket hücumuna məruz qaldığını, dinc insanların, uşaqların həlak olduğunu qeyd edir. Daha sonra isə jurnalist “cənab nazir, Azərbaycan hazırda yalnızdır” ifadəsini səsləndirir.

Lakin qardaş ölkənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bu cümlənin tamamlanmasına belə imkan vermədən iki ölkə arasındakı qardaşlıq əlaqələrini ən yaxşı şəkildə ifadə edən bu fikirləri səsləndirir:

“Azərbaycan heç bir zaman yalnız deyildir. Can Azərbaycanla birlikdəyik! Biz bu hücumları lənətləyirik. Ən qısa zamanda bu hücumların ən ağır şəkildə cavabı veriləcəkdir. Buna əmin olun”.

CanAzerbaycan yalnız değildir!#AzerbaycanSeninleyizpic.twitter.com/EFG6XYEe0E

— Adil Karaismailoğlu (@akaraismailoglu) October 17, 2020












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru