"MediaPost" xəbər verir ki, bu barədə PUA istehsal edən "Baykar" şirkətinin direktoru Haluk Bayraktar Kanadanın Türkiyəyə təyyarə mühərriki ixracatına embarqo qoyması ilə bağlı verdiyi açıqlamada bildirib.
"Sadəcə 10 il əvvəl ABŞ Senatı "Predator PUA"nı pulu ilə belə vermədi. Bu gün 93% yerli və heç bir kritik hissəsinə görə asılılığımızın olmadığı ən inkişaf etmiş texnoloji PUA-lara sahibik. İndi hədəf qalan 7%-dir. Dayanmaq olmaz!", - deyə Bayraktar qeyd edib.
Məlumat üçün bildirək ki, ötən gün Kanadanın "Bombardier Recreational Products" (BRP) şirkəti Türkiyəyə təyyarə mühərriklərinin tədarükünü dayandırıb.