Professor təhlükəni xatırlatdı: 7,9 ballıq zəlzələ...

9-11-2020, 08:23           
Professor təhlükəni xatırlatdı: 7,9 ballıq zəlzələ...
Ötən gün Bingöl və Qarlıova arasında baş verən 4,1 ballıq zəlzələ diqqətimi çəkdi.

Axar.az xəbər verir ki, bunu zəlzələ üzrə mütəxəssis Naci Görür deyib.

“Burada 1939-cu ildə 7,9 ballıq Ərzincan zəlzələsi olub. Bu zəlzələ Qarlıova istiqamətinə təzyiq göstərib. Nəticədə 1949-cu ildə 7,1 ballıq Qarlıova zəlzələsinin baş verməsinə zəmin yaradıb. Daha sonra da bənzər zəlzələlər olub. İndi bu bölgədə təkrarlanan zəlzələlər xüsusilə diqqət çəkir”, - o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin İzmir bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Daha sonra ölkənin müxtəlif yerlərində də təkanlar qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru