Türkiyə yeni silah icad edib - SİDA

11-11-2020, 11:12           
Türkiyə yeni silah icad edib - SİDA
Türkiyə hərbi sənaye sahəsində gerçəkləşdirdiyi layihələrlə adını tanıtmağa davam edir. İstehsal etdiyi yerli silahlar dünyada ön plana keçməkdədir.

Teref.az xəbər verir ki, ULAQ seriasının ilk məhsulu olan SİDA prototipinin istehsalı dekabr ayında tamamlanacaq. SİDA-nın özəllikləri arasında 400 km məsafəyə qədər gedə bilmə gücü, saatda 65 km sürət, şifrələrlə xəbərləşmə funksiyası daxildir. Həmçinin, raket və kəşfiyyat sistemləri ilə təchiz edilə bilir.

Bununla yanaşı SİDA, eyni və ya fərqli sistemə sahib digər SİDA-larla əməliyyatlarda iştirak edə bilər. Həmçinin, pilotsuz və pilotlu uçuş aparatları ilə paralel şəkildə hərəkət edə biləcək. SİDA sadəcə uzaqdan idarə edilə bilən insansız dəniz donanması olmayacaq. Eyni zamanda süni intellekt və səlis hərəkət özəllikləri ilə də təchiz ediləcək.Redaktor.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru