Rəcəb Tayyib Ərdoğan: “Noyabrın 20-dək Qazaxın kəndləri Azərbaycana qaytarılacaq” - VİDEO

11-11-2020, 17:02           
Rəcəb Tayyib Ərdoğan: “Noyabrın 20-dək Qazaxın kəndləri Azərbaycana qaytarılacaq” - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağla əlaqədar bağlanmış razılaşmadan bəhs edib.

“Haber Global” məlumat verir ki, bu barədə Türkiyə başçısı partiyasının iclasında bildirib:

“Razılaşmaya əsasən Azərbaycanın, Qarabağın ələ keçirilməyən qalan bütün əraziləri də Azərbaycana qaytarılacaq.

Ermənistan razılaşmaya görə, Kəlbəcəri 15 noyabra, Ağdamı və Qazaxın bölgələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər Azərbaycana təslim edəcək.

Azərbaycan və Naxçıvan arasında əlaqə yaradılacaq və bu məqsədlə yol inşa ediləcək.

Eyni şəkildə Ermənistan və Xankəndi arasında da əlaqə üçün koridor açılacaq.

İşğal müddətində evlərindən didərgin düşən azərbaycanlılar BMT-nin nəzarəti altında evlərinə qayıdacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru