İstefa verən nazirin atası: Ərdoğanın yanında...

12-11-2020, 08:43           
İstefa verən nazirin atası: Ərdoğanın yanında...
Son günlərdə ailəm və övladlarıma alçaqcasına böhtanlar atılır. Biz vəzifə ilə deyil, duruşumuzla, fikirlərimizlə məmləkətə xidmət etməyi güdən insanlarıq.

Axar.az xəbər verir ki, bunu bir müddət öncə Türkiyənin Xəzinədarlıq və Maliyyə naziri postundan istefa verən Barat Albayrağın atası Sadiq Albayraq bildirib.

Oğlunun istefasından sonra ailəsi barəsində "dövlətə xəyanət" kimi iddialar səsləndirildiyini deyən S.Albayraq Prezident Rəcəb Tayyib Ərdoğanın yanında olmağa davam edəcəklərini bəyan edib:

"Nuru-Aynım" dediyim hörmətli Ərdoğanın yanında bir ailə olaraq ölümünə dimdik durmaqdan imtina etməyimiz mümkün deyil".

Qeyd edək ki, B.Albayraq Ərdoğanın kürəkənidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru