"Sabah Rusiyadan gələn heyətlə məsələnin detalları müzakirə ediləcək" - Çavuşoğlu

12-11-2020, 11:02           
"Sabah Rusiyadan gələn heyətlə məsələnin detalları müzakirə ediləcək" -
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ məsələsi barədə sualları cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, Türkiyə XİN başçısı Rusiya-Türkiyə ortaq müşahidə mərkəzi Azərbaycan torpaqlarında qurulacağını qeyd edib:
“Müşahidə mərkəzi Azərbaycanın uyğun bildiyi yerdə qurulacaq. Sabah Rusiyadan gələn heyətlə məsələnin detalları müzakirə ediləcək. Müşahidə mərkəzində razılaşmanın şərtlərinə zidd olan addımların qarşısı alınacaq. Ümid edirik ki, Ermənistan bundan dərs çıxaracaq. Çünki, başqa bir dövlətin torpaqlarında ömür boyu qalmaq mümkün deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru