Aşqabadda itə qızıl abidə qoyuldu: Berdiməhəmmədov tədbirə qatıldı - FOTO

12-11-2020, 11:25           
Aşqabadda itə qızıl abidə qoyuldu: Berdiməhəmmədov tədbirə qatıldı - FOTO
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov alabay cinsindən olan itin (Orta Asiya çoban iti) qızıl abidəsinin açılışında iştirak edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə “Türkmənistan bu gün” xəbər agentliyi məlumat yayıb.

Mənbə yazır ki, itin fiqurunun hündürlüyü 6 metrdir. Postament 9 metr hündürlüyündə quraşdırılıb.

Diametri 36 metr olan ərazi hər tərəfdən aydın görünür.

Agentlikdən verilən məlumata görə, abidənin qoyulmasının təşəbbüskarı prezidentin özü olub.

Türkmən alabayı Orta Asiya çoban itinin bir növüdür. Planetin ən qədim cinslərindən biri hesab olunur. Axaltəkə atı ilə yanaşı, alabay Türkmənistanın milli sərvətidir. Rəsmi icazə olmadan belə heyvanların ixracı qadağandır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru