Yıldırımdan Qarabağ mesajı: Danışıqlar gedir

16-11-2020, 11:22           
Yıldırımdan Qarabağ mesajı: Danışıqlar gedir
Meydanda güclü olsanız, masada da güclü olarsınız. Türkiyə və Azərbaycan masada güclüdür.

Teref.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri MHP-nin sədr müavini Yaşar Yıldırım deyib.

"Biz haqqımızı müdafiə edəcəyik, bundan heç kimin şübhəsi olmasın. Azərbaycan, Türkiyə vətəndaşları qətiyyən narahat olmasınlar. Biz Qarabağda nəticə əldə etdik. Ermənistana layiq olduğu dərs verildi. Bunu bütün dünya gördü. İndi isə sülhə nail olacağıq. Bu plan bir gecəlik deyil. Danışıqlar davam edir, biz haqqımızı alacağıq.

Türkiyə Liviyadan Azərbaycana, Şimali İraqdan Bonsiyaya qədər olan bu bölgənin supergücüdür. Heç kim narahat olmasın”, - Yıldırım bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru