Bu gün axşam saatlarında Türkiyə Ordusu... - TARİXİ GÜN

17-11-2020, 18:18           
Bu gün axşam saatlarında Türkiyə Ordusu... - TARİXİ GÜN
"Azərbaycana hərbi qüvvələr göndərilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim olunub. TBMM Azərbaycan üçün xüsusi gün olan – 17 noyabr Milli Dirçəliş Günü münasibətilə sənədi təsdiq edəcək".

Teref.az xəbər verir ki, bu barədə məlumatı TÜRKSAM-ın sədri Sinan Oğan verib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün apardığı mübarizəsinin illərdir davam etdiyi qeyd olunub.

Layihəyə əsasən,Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, bir çox hərbi ekspertlər sənədin parlamentdə təsdiqindən sonra Türkiyə Ordusünün sürətli şəkildə - bu gün axşamdan başlayaraq Azərbaycana gələcəyini deyirlər. //Publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru