CHP Azərbaycana yetərli dəstək verdimi? - Türkiyəli deputatdan AÇIQLAMA
17-11-2020, 18:42
"Cümhuriyyət Xalq Partiyası (CHP) ilk gündən Azərbaycan xalqının yanında olduğunu həm Türkiyə, həm də dünya ictimaiyyətinə açıqladı".
Bu sözləri Modern.az-a CHP-li millət vəkili Atilla Sertel deyib. O bildirib ki, Türkiyədən Azərbaycana gələn heyətdə CHP-li millət vəkilləri də olublar:
"Bizim millət vəkillərimiz cəbhə bölgəsindəki incələməyə də qatıldılar".
A.Sertel bu gün baş tutacaq Türkiyə Böyük Millət Məclisinin iclasından da danışıb. Qeyd edib ki, iclasda Azərbaycana sülhməramlı qoşun göndərilməsi müzakirə ediləcək:
"İclasda CHP olaraq müsbət rəy verəcəyik. Biz Azərbaycanın Türkiyənin qardaşı olduğunu heç vaxt unutmadıq və hər zaman yanındayıq. Başqa necə tədbirlər görmək lazım olsa, görəcəyik. CHP başqanı Kemal Kılıçdaroğlunun Azərbaycana gəlib-gəlməməsi ilə bağlı isə bir şey deyə bilmərik, amma bu haqda mesaj çatdıra bilərik".