HDP yenə erməni sifətini göstərdi – Azərbaycana əsgər göndərilməsinə qarşı çıxdı

19-11-2020, 00:18           
HDP yenə erməni sifətini göstərdi –
Məlum olduğu kimi, Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə dair Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə ünvanladığı memorandum mütləq səs çoxluğu ilə təsdiqlənib.

“AzPolitika.info” xəbər verir ki, parlamentdə müzakirəyə çıxarılan və türk əsgərlərinin rusiyalı hərbçilərlə birgə monitorinq mərkəzində iştirakını nəzərdə tutan sənədlə bağlı səsvermədə iştirak edən beş partiyadan dördü qərarın lehinə səs veriblər. Belə ki, hakim AKP və MHP ilə yanaşı müxalif CHP və İYİ Partiya da birmənalı şəkildə türk əsgərinin Azərbaycana gəlişini dəstəkləyib. İclasda AKP-ni təmsil edən millət vəkili İsmət Yılmaz çıxış edərək, sənədin Azərbaycan üçün əhəmiyyətini önə çəkib və partiyasını təmsil edən millət vəkillərini qərarın lehinə səs verməyə çağırıb. CHP-ni təmsil edən Engin Altay isə Azərbaycan üçün “qardaşlarımız” deyə müraciət edərək, “Azərbaycanda diş ağrısa, bizdə baş ağrıyar” deyə bildirib və partiyasının sənədin lehinə səs verəcəyini söyləyib. Nəticədə 4 partiya həmrəylik göstərərək, türk əsgərinin Azərbaycana gəlişinə “yaşıl işıq” yandırıb.

Yalnız terrora açıq dəstək verən müxalif HDP qərarın əleyhinə səs verib. Partiyanın təmsilçisi bunu “sülh və danışıq tərəfdarları” olduqları ilə izah edib. Hansı ki, türk əsgəri bölgəyə əslində, elə sülhü təmin etmək üçün gəlir. Bununla da ermənipərəst mövqeyini heç zaman gizlətməyən bu partiya növbəti dəfə terrorun və separatizmin yanında olduğunu təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.