Türk həkimlərin hazırladığı peyvəndin qiyməti açıqlandı

20-11-2020, 10:58           
Türk həkimlərin hazırladığı peyvəndin qiyməti açıqlandı
Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin qiyməti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, razılaşma çərçivəsində Aİ-nin 300 milyon dozaya “Pfizer” və “BioNTech” şirkətlərinə 4.65 milyard avro ödəyəcəyi açıqlanıb.

Bununla, koronavirus peyvəndinin hər dozası üçün 15,5 avro ödəniləcək.

Qeyd edək ki, Almaniyanın “BioNTech” firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru