Türkiyə NATO-nun çətiri altında Qafqaza gəlir

21-11-2020, 22:13           
Türkiyə NATO-nun çətiri altında Qafqaza gəlir
Azərbaycana Qarabağ müharibəsində Türkiyənin əvəzsiz dəstəyi mühüm əhəmiyyət kəsb etdi. Məhz Türkiyə faktoru ölkəmizə qarşı Rusiyanın neytrallığını təmin etdi. Türkiyəsiz bu iş olmazdı. Çünki Türkiyə artıq beynəlxalq nizama təsir edən ölkədir. Rusiya Türkiyənin regionda mövqeyi ilə barışmaq məcburiyyətində qaldı.

Ankaranın Azərbaycana siyasi və hərbi-texniki dəstəyi cəhətdən biz müharibəni həm meydanda udduq, həm də diplomatik müstəvidə bundan sonrada prosesləri öz lehimizə dəyişə biləcəyik.

Türkiyə Sülhməramlı qüvvələrinin Azərbaycana gəlməsi, Qarabağda yerləşməsi Moskvanın əl-qolunun bağlanması deməkdir. Düzdür, Rusiya Dağlıq Qarabağda status-kvonu saxladı. Xankəndində Arayik Arutunyanın dırnaqarası rejimi və silahlı erməni birləşmələri qalacaq. Təmas xətti olacaq. Məhz atəskəsə nəzarət etmək üçün Monitorinq mərkəzi onun üçündür ki, indiki vəziyyətdə silahlı erməni birləşmələri tam ləğv edilmir. Azərbaycan buradakı quldur rejimi süpürüb atmaqda qərarlı idi. Dekabrın 1-dən sonra aktiv diplomatik müstəvidə bu məsələnin həlli gündəmə gəlməlidir.

Xankəndində separatçı rejimin fəaliyyəti müvəqqəti əhəmiyyət kəsb edir.

Qeyd edim ki, Rusiya Ermənistanda və Azərbaycanda öz etimadına zərbə vurdu.

Qarabağda Rusiya sülhməramlı mandatından kənar işlər görməklə, kiçik bir ərazidə düşünür ki, Azərbaycan və Ermənistana təzyiq edəcək.

NATO Türkiyə çətiri altında regiona gəlir. Türkiyə sülhməramlı qüvvələrinin Qarabağda olması, Rusiyanın Abxaziya və Cənubi Osetiya presedentinin qarşını ala bilər. Fransanın Dağlıq Qarabağın müstəqilliyinin tanınmasına gəldikdə isə, Rusiya da bu prosesdə maraqlıdır.

Rusiyanın müdafiə və xarici işlər nazirlərinin Ermənistana səfərinə gəldikdə isə, burada siyasi prosesləri nəzarətdə saxlamaq, həmçinin anlaşmanın yerinə yetirilməsinə nəzarətdir.

Rusiya kiçik bir əraziyə 2 min civarında hərbiçi göndərmək və burada federasiyanın bir neçə bölməsini yaratması özünün geosiyasi uğur hesab edirsə, bu taktiki gediş də ola bilər. Amma strateji olaraq Moskva Cənubi Qafqazda öz dayaqlarını zəiflədir.

Bu muharibədə Azərbaycan strateji cəhətdən parlaq qələbə qazandı. Əraziləri işğaldan azad etdi. Türkiyə regionda hərbi personalla təmsil olundu. Azərbaycan və Türkiyə müttəfiqliyi ortadadır və Rusiyaya qarşı Azərbaycanın hər hansı bir ciddi yaxınlaşması sadəcə dekorativdi. Prezident İlham Əliyev Türkiyəni qardaş, müttəfiq dövlət və vəzifədaşı R. T.Ərdoğana “qardaşım” deyir. Deməli, Türkiyənin bizim üçün nə qədər önəmli ölkə olduğunu göstərir.

BMT mandatı altında Dağlıq Qarabağda sülhməramlı qüvvələri olmalı idi. Amma şərtlər, reallıqlar buna imkan vermədi. Türkiyə sülhməramlı qüvvələrinin Laçın dəhlizində iştirakının təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirmək lazımdır. Laçın dəhlizində nəzarətimiz olmasa, Ermənistan və Rusiya Xankəndi və ətrafında erməni qüvvələrini hərbi cəhətdən silahla möhkəmləndirməsinə heç kim zəmanət verə bilməz.

Rusiya müdafiə naziri S.Şoyqunun səfərinə gəldikdə isə, Türkiyə hərbiçilərinin ölkəmizə gəlməsi ərəfəsində bu hərbiçilərinin hansı istiqamətdə yerləşdirilməsini dəqiqləşdirmək üçündür.

Məhəmməd Əsədullazadəшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.