Sisidən Türkiyəyə qarşı kritik həmlə - Kəşfiyyat şefinə təlimat verdi

21-12-2020, 07:47           
Sisidən Türkiyəyə qarşı kritik həmlə -
Misir Prezidenti Əbdülfəttah əs-Sisidən təlimat alan ölkənin kəşfiyyat şefi Abbas Kamilin Liviyanın şərqindəki Binqazi şəhərinə gəldiyi və qiyamçı qüvvələrin komandanı general Xəlifə Haftarla görüşdüyü bildirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Misir rəsmi agentliyi MENA məlumat yayıb.

Məlumatda kəşfiyyat rəhbərinin Misir prezidentinin təlimatı ilə Haftarla görüşdüyü vurğulanıb. Bəzi vacib məsələlərin müzakirə olunduğu görüşdə Misirin bölgədəki hərbi fəaliyyətlərinə də toxunulub.

19-23 oktyabr tarixlərində tərəflər arasında Cenevrədə keçirilmiş görüşdə daimi atəşkəs anlaşması imzalanıb.

Liviyadakı legitim Milli Konsensus Hökumətini aradan götürmək məqsədilə paytaxt Tripoliyə hücum edən Xəlifə Haftar “terrorizmlə mübarizə” adı altında Misir rəhbərliyi tərəfindən dəstəklənir.

Misirin bölgədəki fəaliyyətləri Liviyanın legitim hökumətini dəstəkləyən Türkiyə ilə gərginliyə səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.