Ərdoğan: “Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağını ümid edirəm”

31-12-2020, 15:30           
Ərdoğan: “Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağını ümid edirəm”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın rəsmi heyətlə Bakıda iştirak etdiyi görüşə telefonla qatılaraq çıxış edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin saytında bildirilir.

O, Türkiyənin bütün hallarda Azərbaycanı dəstəkləyəcəyini bir daha vurğulayıb və şəhidlərimizə rəhmət diləyib:

“Son tarixin ən mühüm hərbi və siyasi inkişaflarından biri olan “Bir Vətən Əməliyyatı”nda şəhid olan qəhrəmanlara Tanrıdan rəhmət diləyirəm”.

O, 102 il əvvəl Bakının işğaldan azad edilməsində əldə edilən birliyi və həmrəyliyi xatırladıb:

“Türkiyə və Azərbaycan “bir millət, iki dövlət” yanaşması, qəlbləri ilə bir-birinə bağlıdır. Can qardaşlarımın həyat sevinci sevincimiz, kədərləri kədərimizdir”.

Ərdoğan Rusiya ilə birgə fəaliyyət göstərəcək Ortaq Mərkəzlə də bağlı danışıb:

“Atəşkəsə riayət etmək üçün qurulacaq mərkəzin ən qısa müddətdə fəaliyyətə başlayacağını ümid edirəm”.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru