İstanbul dekabrda çiçəklənib - Qlobal istiləşmə küçədə

1-01-2021, 00:22           
İstanbul dekabrda çiçəklənib -
Türkiyədə ən isti dekabr arxada qalır, ancaq yerli ekspertlər iqlimin dəyişməsi barədə xəbərdarlıq edirlər, çünki İstanbulda bəzi ağaclar ilin son ayında çiçək açıb. Bu barədə dekabrın 31-də Türkiyənin «Hurriyet Daily News» nəşri yazır.

«Adətən 10 dərəcə (Selsi - Red.) temperaturdan aşağı ağacların yarpaqları tökülür. Temperatur 10 dərəcəyə yaxın olanda isə ağaclar çiçəkləməyə başlayırlar. Dekabrda çiçək açmış ağacın görsənməsi normal sayılmır» - İstanbul Universitetinin xanım əməkdaşı Doqanay Tolunay bildirib və qeyd edib ki, ölkə iqlim dəyişikliyinin episentrində yerləşir.

«Qlobal istiləşməni görmək üçün əriyən aysberqlərə və ya qütbə baxmaq lazım deyil. Biz, bunun küçələrdə necə baş verdiyini görürük» - klimatoloq əlavə edib.

Ötən həftə Türkiyənin ən iri meqapolisinin sakinləri Şişli, Bayrampaşa və Beşiktaş rayonlarının bəzi kvartallarında çiçək açmış ağacların şahidi olublar.

«Dekabrda ağacların çiçəkləməsi onun əlamətidir ki, biz, tropik iqlim yaşayırıq» - Bosfor Universitetindən olan Murat Türkeş bildirib və qeyd edib ki, İstanbul klimatik disbalansla üzləşib.

Tolunayın sözlərinə görə, iqlim dəyşməsinin səbəblərindən biri də böyük binaların tikildiyi yerlərdə meşə zolaqlarının olmamasıdır. «Bu əsrin sonunda İstanbulda indikindən 4 dərəcə yüksək isti olacaq. Şəhərin mərkəzi rayonlarında (məsələn, Taksim) temperatur 2 dərəcə yuxarı olacaq» - deyə, xanım mütəxəssis bildirib.

Türkeş isə öz növbəsində, ölkə məmurlarına qlobal istiləşmə səbəbilə, kənd təsərrüfatında gözlənilən problemlər barədə xəbərdarlıq edib: «Biz, qlobal istiləşmənin iqtisadiyyata, sənayeyə və turizmə təsirini görürük. Biz, ləngimədən belə problemlərlə mübarizəni nəzərdə tutan təhlükəsizlik planları qəbul etməliyik».

Onun sözlərinə görə, yaxın gələcəkdə Türkiyə subtropik hava sistemi ilə qarşılaşacaq. «Biz, ya uzun günlər quraqlıq, ya da uzun günlər bol-bol yağışlar yaşayacağıq» - ekspert əlavə edib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.