Türkiyədə “COVID-19”un mutasiya etmiş növü aşkarlandı - YENİLƏNƏCƏK
2-01-2021, 00:00
Səhiyyə Nazirliyi İngiltərədən gələn 15 nəfərdə yeni növ virus aşkar edildiyini açıqladı.
Türkiyənin Səhiyyə Nazirliyi İngiltərədə aşkar edilən koronavirusun yeni mutasiya etmiş növünə Türkiyədə də rast gəlindiyini açıqlayıb.
Nazirlikdən REAL TV-nin Türkiyə bürosuna verilən məlumatda deyilir.
“Son dövrlərdə İngiltərədən ölkəyə gələn və PCR testlərinin nəticəsi pozitiv çıxan şəxslərin nümunələrinin araşdırılması zamanı məlum olub ki, 15 nəfər yeni virus növünə yoluxmuş şəxslərdir.”