Türkiyədə daha 202 nəfər koronavirusdan öldü

3-01-2021, 01:26           
Türkiyədə daha 202 nəfər koronavirusdan öldü
Türkiyədə son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 202 nəfər ölüb.

Türkiyənin Səhiyyə naziri Fahrettn Koca bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 11 180 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 11 672, ağır xəstə sayı isə 3 764 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları müəyyən edilməyən xəstələrlə yanaşı, 2 232 035 nəfərdə yoluxma qeydə alınıb, onlardan 2 126 432 nəfər sağalıb, 21 295 nəfər isə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru