Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”

16-01-2021, 00:00           
Çavuşoğlu: “Qarabağ üzrə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə olacaq”
Türkiyə XİN başçısı Birgə Monitorinq Mərkəzindən danışıb

“Qarabağ üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi təmas xəttindən 8 km məsafədə yerləşəcək”.
AYNA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi üçün yer müəyyənləşib, inşaat işləri başlanıb. Orada ilkin mərhələdə həm Türkiyənin, həm də Rusiyanın 60 hərbçisi olacaq. Hərbçilərimiz artıq getməyə başlayıb. Ora böyük qərargah yox, müşahidə mərkəzi olacaq”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru