Makron Ərdoğana məktubunda nə yazıb? – Mətn

19-01-2021, 07:53           
Makron Ərdoğana məktubunda nə yazıb? – Mətn
Ötən həftə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ictimaiyyətə Fransa Prezidenti Emmanuel Makronun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankara ilə Paris arasındakı münasibətləri normallaşdırmaq istəyi ilə bağlı bir məktub yazdığını söyləmişdi.

Axar.az xəbər verir ki, Türkiyənin “Habertürk” nəşri Makronun məktubunun mətnini yayıb.

“Əziz Tayyib, gəlin danışaq! Videokonfranslarla bağlı cavabınızı səbirsizliklə gözləyirəm”, - məktubda qeyd olunub.

Nəşr qeyd edib ki, Makron məktubu qələmlə yazıb və mətndə türkcə sözlərdən istifadə edib.

Türk liderinə və xalqına xoşbəxtlik arzulayan Makron Ankara ilə dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib:

“Yaxın günlərdə sizinlə danışmaq istəyirəm. Bu fürsətdən ümumi maraq doğuran sahələri, xüsusən də Türkiyə ilə Avropa Birliyi arasındakı münasibətlərin gələcəyini müzakirə etmək üçün istifadə edə bilərik”.

Qeyd edək ki, prezidentlər arasındakı videokonfransın NATO sammitindən əvvəl baş tutacağı gözlənilir. Bundan başqa zirvə toplantısında iki lider arasında danışıqların təşkili üçün də işlər aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru